Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Cəngan kənd sakini, 2003-cü il təvəllüdlü Məlikov Ağababa Ümidvar oğlunun idarə etdiyi motosiklet Salyanın Yolüstü kənd sakini, 2018-ci il təvəllüdlü Kərimova Əsmar Toğrul qızını vurub.

Qəza nəticəsində sürücü və azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.