Cəmiyyət

  • 839

Adrien Rabiot "Barselona"dan illik 10 milyon avro maaş istəyib...

image

…Hazırda klubu olmayan 29 yaşlı mərkəz yarımmüdafiəçisi Adrien Rabiot onunla maraqlanan "Barselona"dan 10 milyon avro məvacib istəyib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mundo Deportivo xəbər verir.

Mənbənin sözlərinə görə, Kataloniya klubu fransız futbolçunun maaş gözləntilərini qarşılamağa hazır deyil.

Mavi qranatlar, Rabiotu daha az maaşla razılaşmaq şərti ilə və ya "Barselona"nın hazırkı oyunçularından birinin zədə alması eləcə də onu uzun müddət buraxmağa məcbur etməsi şərti ilə müqavilə bağlaya bilər.

Xatırladaq ki, 2019-cu ildən "Yuventus"da çıxış edən 29 yaşlı futbolçunun, ötən ilin iyulunda Turin klubu ilə müqaviləsi başa çatıb.

2023/2024 mövsümündə Rabiot bütün yarışlarda 35 oyun keçirib, o, beş qol vurub və üç məhsuldar ötürmə edib.

Nazlı Almuradova

Digər xəbərlər