Cəmiyyət

  • 760

Karlo Ançelotti Səudiyyə Ərəbistanına gedəcək..?

image

..."Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Kral Klubuna rəhbərlik etməyi dayandırdıqdan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantını nəzərdən keçirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Ramon Alvares de Mont yazıb.

Mənbənin sözlərinə görə, "Real Madrid" rəhbərliyi Ançelottinin ideal davamçısı kimi Bayerin baş məşqçisi Xabi Alonsonu görür.

Qeyd edək ki, İtalyan mütəxəssisin Kral Klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Ançelotti 2021-ci ilin yayında "Real Madrid"ə qayıdıb. Bundan əvvəl 65 yaşlı məşqçi 2013-2015-ci illərdə Los Blankosa rəhbərlik edib.

Ançelottinin rəhbərliyi altında İspaniya nəhəngi 3 dəfə Çempionlar Liqasının qalibi olub.

Nazlı Almuradova

Digər xəbərlər