PDF Oxu

Cəmiyyət

  • 3 037

İsti havalarda işçinin hüquqları necə tənzimlənir? - MÜNASİBƏT BİLDİRİLDİ

İsti havalarda işçinin hüquqları necə tənzimlənir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, "soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması" maddəsinə əsasən əgər havanın temperaturu azı 41 dərəcədən çoxdursa, o zaman fasilələr verilməlidir və iş dayandırılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.O bildirib ki, digər maddəyə görə əgər bu zaman iş dayandırılıbsa, bu boş dayanma vaxtı tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir: "Məsələn, temperatur 41 dərəcədən çoxdur, bu, bütün gün belədir. İşçinin də maaşı gündəlik 60 manatdırsa, onun üçdə ikisindən az olmayaraq verilməlidir. Həmin günə görə ən azı 40 manat maaş ödənilməlidir. İşə götürən deyə bilməz ki, "həmin gün işləməmisən". Çünki işçinin təqsirindən olmayıb. Bu, havanın temperaturuna görə olub. İşə götürən istəsə, maaşı bütöv də verə bilər.

1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.
2. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur.
4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavə
İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri:
1. Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir".
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər