Cəmiyyət

  • 1 019

Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb

image

Ukraynada Azərbaycan dilinin öyrənilməsi üçün pulsuz onlayn fakultativ açılıb. SİA xəbər verir ki, dərsləri Kiyev Milli Linqvistik Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri İntiqam Şıxızadə “Zoom” onlayn platforması vasitəsilə aparır.Fakutativ çərçivəsində Ukraynanın hər yerindən gələn tələbələr təkcə dili öyrənmək deyil, həm də Azərbaycanın zəngin mədəniyyəti və tarixi, coğrafiyası, adət və ənənələri ilə tanış olmaq imkanı əldə edir.Layihə artıq həm iştirakçılar, həm də müəllimlər tərəfindən müsbət rəy alıb və onlar Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafı üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayırlar.“Hazırda fakultativin 50-dən çox iştirakçısı var və onların əksəriyyəti ukraynalıdır. Tələbələr arasında bir neçə azərbaycanlı və müxtəlif universitetlərin müəllimləri də var”, - fakultativin təşəbbüskarı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marina Qonçaruk qeyd edib.Qeyd edək ki, fakultativ Ukrayna-Türk Mərkəzinin himayəsi və vəkil Şəmsi Məhərrəmovun dəstəyi ilə keçirilir.

Digər xəbərlər