Azərbaycan millisinin sabiq üzvü Qara Qarayev Qarabağ Dirçəliş Fondunun təşkil etdiyi minifutbol turnirinin rəsmi səfiri seçilib. SİA xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev 32 yaşlı yarımmüdafiəçiyə bunun üçün xüsusi döş nişanı təqdim edib.
Hazırda klubsuz olan Qara Qarayev daha əvvəl "Qarabağ" və "Neftçi"nin formasını geyinib. O, ötən gün paytaxt klubundan ayrılıb.
Qeyd edək ki, minifutbol turnirindən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq mərkəzi parkın ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.
Blogger rusiyalı turistlər üçün təhlükəli ölkələrin adını çəkib...
Bir şəxsin razılığı olmadan onun rəqəmsal surətini yaratmaq qadağandır...
İnsan beyni ətrafındakı dünyanı “proqnozlaşdıra” bilir…
Müşahidəçilər bu təsirdən çox təsirlənirlər...