Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu heyətini daha bir oyunçu ilə gücləndirib. SİA-nın əldə etdiyi məlumata görə, "dəmiryolçular" Puerto-Rikodan olan voleybolçu Nayka Beniteslə anlaşıb. 35 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Voleybolçu son olaraq ölkəsinin "Atenienses de Manati" komandasında çıxış edib.
Qeyd edək ki, "Azərreyl" daha əvvəl serbiyalı voleybolçu İrina Milanoviçin keçidini rəsmiləşdirib.
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...