Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, türkiyəli qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti qarşılayıb.Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.
Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…
Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...
Video fakt...
Yarım dəqiqədə həddindən artıq yeməyi necə dayandırmaq olar? Diyetoloq kompulsiv yeməklə mübarizə aparmaq üçün unikal psixoloji və fiziki sıfırlama texnikası təklif edib...
Mükəmməl görünür...
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...