Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında “İstisu” termal su yatağının 30 ildən sonra yenidən istifadəyə verilməsinə həsr olunmuş “COP29 proposes ecological purity to the world” adlı məqaləsi dərc olunub.
Məqalədə bu gün ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətinin Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğu, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə məhz Azərbaycanda keçirilməyinin təsadüfi olmadığı öz əksini tapıb.
Eyni zamanda, millət vəkili bütün bu işlərin ərsəyə gəlməsinin kökündə2020-ci ildə 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi nəticsində dünya siyasətində ədalətin bərqərar olmasına dair bir sıra məqamlara toxunub.
Burada isəəsas məqam son dörd ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarındaekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadiyyatın dekarbonizasiyasının həyata keçirilməsi, ekoturizmin inkişafı, eləcə də uzun müddət sonra Azərbaycanın öz təbii sərvətlərindənməharətlə istifadə etməsi, xüsusilə insan sağlamlığına olduqca faydalı, mənəviyyat və insaniyyətə xeyirli “İstisu” termal suyunun Kəlbəcər rayonunda zavodunun qurulmasından ibarətdir.
Sonda M.Əfəndiyev məqalədə Azərbaycanın öz təbii sərvətləri vasitəsilə sülhə, əmin-amanlığa, dünya xalqlarının birliyinə və heç kəsi geridə qoymayaq, hər bir insanın həyatı üçün zəruri olan nemətlərə əlçatanlığın təmin olunması üçün yorulmazfəaliyyətiniqeyd edib.
Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: