Cəmiyyət

  • 1 457

Hərbi qulluqçular könüllü qanvermə aksiyasında iştirak ediblər

image

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) hərbi qulluqçuları qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək məqsədilə keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər. Dövlət Agentliyindən SİA-ya bildiriblər ki, aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hemotoloqların nəzarətindən keçirilib. Onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirakları təmin olunub.Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların müalicəsində istifadə olunacaq.

Digər xəbərlər