Cəmiyyət

  • 1 296

Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib

image

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında təhsil alan gənc kursantların andiçmə mərasimi keçirilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya bildirilib ki, mərasimdə döyüş Bayrağı sıra meydanına gətirilərək Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Çıxış edənlər şanlı tariximizin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, üçrəngli bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığını, Vətən müharibəsində DSX-nin qarşısında qoyulan döyüş tapşırıqlarının uğurla icra olunduğunu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdiklərini vurğulayıblar.44 günlük haqq savaşında şəhidlik zirvəsinə ucalan qəhrəmanlar sırasında DSX Akademiyasının məzunu olan 4 zabitin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyü qeyd edilib, bizlərə qələbə sevincini yaşadan şəhidlərimizin fədakarlığının yaddaşlardan heç vaxt silinməyəcəyi qeyd edilib.Çıxışlarda DSX Akademiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar kadrların yetişdirilməsində böyük rolu olan, yüksək standartlara cavab verən şəraitin, güclü elmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin olduğu bildirilib, Vətənə, dövlətə sədaqət andı içən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.Kursant İbrahim İbrahimov gənc kursantlar adından çıxış edərək şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, üçrəngli bayrağımızın dalğalandığı bütöv Azərbaycanın AZƏhüdudlarında dövlət maraqlarını ən yüksək səviyyədə qoruyacaqlarına söz verib.

Digər xəbərlər