UEFA Millətlər Liqasının C Divizionunun IV tur oyununda Bakıda üz-üzə gələcək Azərbaycan və Slovakiya yığmalarının start heyəti açıqlanıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Azərbaycan: Mehdi Cənnətov, Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Qismət Alıyev, Aleksey İsayev, Ceyhun Nuriyev, Ramil Şeydayev, Toral Bayramov, Mahir Emreli
Baş məşqçi: Fernandu Santuş
Slovakiya: Marek Rodak, Lübomir Şatka, Milan Şkrinyar, David Hantsko, Peter Pekarik, Stanislav Lobotka, Ondrey Duda, Laslo Beneş, Tomas Suslov, Lukas Haraşlin, David Strelets.
Baş məşqçi: Françesko Kaltsona
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Model moda nümayişində çılpaq sinəsini çay stəkanları ilə örtdü...
Bunun üçün sadəcə bir dəyişiklik kifayətdir...
Baytarlar, ev heyvanları yatarkən onların pəncələrinin və ya quyruqlarının qıvrıldığını görsələr,.. onları narahat etməməyi məsləhət görürlər...