PDF Oxu

Cəmiyyət

  • 1 453

Azərbaycan - Slovakiya oyununda ikinci hissə başlayıb

image

UEFA Millətlər Liqasının IV turunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən oyunda ikinci hissə başlayıb. SİA xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.

Matçda hesabı 15-ci dəqiqə qonaqlar açıblar. Millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə isə Toral Bayramov dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı norveçli hakim Raxit Saggi idarə edir.

Digər xəbərlər