Cəmiyyət

  • 970

Azərbaycan BMT-nin İqlim Katibliyi ilə anlaşdı

image

Azərbaycan hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib. Memorandum Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.Sənəd həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturunu əks etdirir.

Digər xəbərlər