"Bakı Metropoliteni" QSC-nin keçmiş rəisi Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. SİA bu barədə məlumatı mərhumun yaxınlarına istinadən yayıb.
Qeyd edək ki, Bakı Metropolitenindəki işindən sonra Tağı Əhmədov Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri vəzifəsində də çalışıb.
SƏS Media Qrupu olaraq mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!