PDF Oxu

Cəmiyyət

  • 2 324

Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı aparıblar

image

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib. SİA xəbər verir ki. bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda-qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Digər xəbərlər

Qarın ağrısından şikayət edən kişiyə beyin şişi diaqnozu qoyulub...

Qeyri-adi simptomlar həkimləri uzun müddət çaşdırmışdı...

Cənubi Koreyanın bir şəhərində 17 ildən sonra ilk dəfə körpə dünyaya gəlib...

Yerli hakimiyyət orqanları tədbiri şəhər üçün “xüsusi hədiyyə” adlandırıblar...

Alimlər təsadüfən qurğuşunu qızıla çevirdilər...

Böyük partlayışı simulyasiya edərkən,..amma, cəmi qramın 29 trilyonda biri qədər

Şəkəri olanlar hansı dənli bitkiləri yeməlidir?

Endokrinoloq qlükoza mübadiləsi pozğunluğu olan insanların pəhrizinə hansı dənli məhsulların daxil edilə biləcəyini və sağlamlığın sabit qalmasına kömək edə biləcəyini izah edib