Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahid Sabir oğluMəmmədovun meyitinin qalıqları Şəki rayonunun Zəyzid kəndinə gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.Qeyd edək ki, Şahid Sabir oğlu Məmmədov1974-cü il sentyabrın 9-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. O, 1993-cü il Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində itkin düşüb.Ş.Məmmədov Zəyzid kənd qəbiristanlığında dəfn olunacaq.
Blogger rusiyalı turistlər üçün təhlükəli ölkələrin adını çəkib...
Bir şəxsin razılığı olmadan onun rəqəmsal surətini yaratmaq qadağandır...
İnsan beyni ətrafındakı dünyanı “proqnozlaşdıra” bilir…