Milli Hidrometeorologiya Xidməti noyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
SİA xəbər verir ki, Qurumdan məlumata görə, Naxçıvan Muxtar Respublikası, Ağcabədi, Astara, Ağsu, Beyləqan, Biləsuvar, Qəbələ, Cəlilabad, Cəbrayıl, İmişli, İsmayıllı, Qazax, Göygöl, Ağdərə, Xankəndi, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Lerik, Şirvan, Sabirabad, Saatlı, Salyan, Siyəzən, Füzuli, Xocavənd, Xızı, Quba, Qusar, Şabran, Şamaxı, Masallı və Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdaş, Zaqatala, Qax, Oğuz, Balakən, Şəki, Göyçay, Goranboy, Qobustan, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, Naftalan, Ucar, Zərdab, Xaçmaz, Şəmkir, Samux, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Neftçala, Hacıqabulda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 metr/saniyə olacağı gözlənilir.