Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında və bəzi şərq rayonlarında axşam saatlarından başlayaraq arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, düşən yağıntının miqdarı Bakıda 13 mm, Neftçalada 8 mm, Lerikdə 3 mm, Astarada 1 mm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta qeydə alınıb.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...