İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması" və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482 min 194 vahid artıb və bu ilin dekabr ayının 1-nə 884 min 109 olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 450 min 212 vahid artaraq 990 min 134 təşkil edib.