PDF Oxu

Cəmiyyət

  • 1 354

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində fəaliyyətlər davam edir

image

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Eko maarifləndirmə” günü keçirilib.

SİA xəbər verir ki, “Eko maarifləndirmə” günü cəmiyyətdə könüllülər arasında ekoloji biliklərin artırılması və ekoloji davranışların təşviq edilməsinə həsr olunub. Gün çərçivəsində Azərbaycan könüllülərinin ölkəmizdə təkrar emal sahəsində gedən proseslərlə tanışlığı məqsədilə Balaxanı Sənaye Parkına ekskursiyası, eləcə də vətəndaşlar arasında ekoloji təmiz vasitələrdən istifadə və polietilen torbaların təbiətə təsirlərinə həsr olunan “Bir çanta, bir fərq” aksiyası həyata keçirilib.“Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə keçirilən Balaxanı Sənaye Parkına ekskursiya çərçivəsində Azərbaycan könüllüləri Balaxanı Sənaye Parkında təkrar emal prosesi ilə tanış olublar.Onlar, tullantıların toplanması, çeşidlənməsi və emalı mərhələlərini, həmçinin müasir texnologiyaların istifadəsini yerində izləyiblər. Eyni zamanda, parkın işçiləri könüllülərə təkrar emalın əhəmiyyəti, ətraf mühitin qorunması və bu sahədə Azərbaycan tərəfindən atılan addımlar haqqında ətraflı məlumat veriblər.Gün ərzində qeyd edilən layihələr arasında vətəndaşları ekoloji təmiz vasitələrdən istifadə, polietilen torbaların təbiətə təsirləri barədə məlumatlandırmaq məqsədli Azərbaycan könüllüləri tərəfindən keçirilən fəaliyyət çərçivəsində Bakı şəhərində yerləşən müxtəlif supermarketlər və hipermarketlərin qarşısında könüllülər tərəfindən vətəndaşlara eko çantalar paylanıb. Sosial fəaliyyətin əsas məqsədi insanlara polietilen torbaların təbiətə və eko sistemə verdiyi zərərləri göstərmək, ətraf mühitin qorunması istiqamətində fərdi məsuliyyətin vacibliyini vurğulamaqdır.Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir. İcra olunan layihə və tədbirlər “Yaşıl Vətən”, “Vətənpərvər Könüllü”, “Yaşıl enerji”, “Sağlam həyat”, “İnsanyönümlü şəhər və mobillik”, “Eko təşəbbüslər”, “Təmiz şəhər”, “Yaşıl dünya üçün birlik”, “Eko mədəniyyət”, “Eko maarifləndirmə”, “COP29 Könüllülərin gözü ilə”, “Beynəlxalq arenada Azərbaycan könüllülüyü” kimi müxtəlif istiqamətli mövzulara həsr olunub.“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində həyata keçirilən bütün fəaliyyətlərlə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Digər xəbərlər