PDF Oxu

Cəmiyyət

  • 3 035

Xocalının Ballıca kəndinə 27 ailə yola salındı

image

Xocalının Ballıca kəndinə köç karvanı yola salınır. SİA xəbər verir ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə 27 ailə (152 nəfər) köçürülür.Hazırda kənddə 192 fərdi yaşayış evinin təmir olunması nəzərdə tutulub. O cümlədən, 1-ci mərhələdə təmir olunması nəzərdə tutulan fərdi ev sayı 82, 2-ci mərhələdə təmiri aparılacaq fərdi ev sayı isə 110-dur.

Kənd eyni zamanda, su, qaz, elektrik enerjisi ilə təchiz edilib, internet xətti çəkilib. Tibb və polis məntəqəsinin binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası hazırdır.
Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi Xocalı şəhərindən 10,6 km məsafədə yerləşir. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub və Ermənistan ordusu tərəfindən silah anbarı kimi istifadə edilib. 2020-ci oktyabrın 5-də Vətən müharibəsi zamanı silah anbarı Azərbaycan Ordusu tərəfindən məhv edilib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində kənd azad olunub.Xatırladaq ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 30 mindən artıq insan yaşayır.

Digər xəbərlər

Qarın ağrısından şikayət edən kişiyə beyin şişi diaqnozu qoyulub...

Qeyri-adi simptomlar həkimləri uzun müddət çaşdırmışdı...

Cənubi Koreyanın bir şəhərində 17 ildən sonra ilk dəfə körpə dünyaya gəlib...

Yerli hakimiyyət orqanları tədbiri şəhər üçün “xüsusi hədiyyə” adlandırıblar...

Alimlər təsadüfən qurğuşunu qızıla çevirdilər...

Böyük partlayışı simulyasiya edərkən,..amma, cəmi qramın 29 trilyonda biri qədər

Şəkəri olanlar hansı dənli bitkiləri yeməlidir?

Endokrinoloq qlükoza mübadiləsi pozğunluğu olan insanların pəhrizinə hansı dənli məhsulların daxil edilə biləcəyini və sağlamlığın sabit qalmasına kömək edə biləcəyini izah edib