PDF Oxu

Cəmiyyət

  • 1 300

Xocalıya köçən sakin: Vətən ana qucağı kimi əzizdir

image

Xocalıdan ayaqyalın, başıaçıq, ağlaya-ağlaya çıxmışdıq. Bu gün gülə-gülə, sevinc və qürur hissi ilə qayıdırıq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri bu gün Xocalı rayonunun Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Şöhlət Ələkbərova söyləyib.

Vətənə qayıtmağın çox gözəl hiss olduğunu bildirən Xocalı sakini deyib: "Vətən ana qucağı kimi əzizdir. Köçkünlük illərində həmişə bir bayatı deyərdim:

Mən aşiq Vətən sarı,

Köynəyi kətan sarı.

O qədər ölməyəydim

Gedəydim Vətənə sarı.

Xoşbəxtəm ki, Allah bu günü mənə nəsib elədi".

Digər xəbərlər