PDF Oxu

Cəmiyyət

  • 1 073

Naxçıvanda fənn olimpiadalarının rayon mərhələsi keçirilib - FOTOLAR

image

Dekabrın 22-də ümumtəhsil məktəblərinin şagirdləri üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, 8-11-ci siniflərin şagirdləri arasında keçirilən olimpiada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənlərini əhatə edib.

Naxçıvanda 8 mərkəzdə keçirilən olimpiadada muxtar respublikanın ümumtəhsil məktəblərindən 2179 şagird iştirak edib.

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil almaq, biliklərə marağı artırmaq və özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Digər xəbərlər