PDF Oxu

Cəmiyyət

  • 3 655

Qazaxıstan FHN təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

image

Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç nəfərin vətəndaşlığı isə dəqiqləşdirilir. SİA-nın əldə etdiyi məlumata görə, qaynar xətt telefonlarına 571 müraciət daxil olub.

Hadisə yerinə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, fövqəladə hallar naziri general-mayor Çingis Arinov, nəqliyyat naziri Marat Karabayev, fövqəladə hallar üzrə nazir müavini Kegen Tursınbayev və Hökumət Komissiyasının üzvləri gəliblər.

Tupkaraqan rayonu hakimiyyətinin sərəncamı ilə yerli miqyasda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Fəsadların aradan qaldırılmasına 482 nəfər, 97 texnika, 2 hava gəmisi və 10 kinoloq briqadası cəlb olunub.

Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında videoəlaqə vasitəsilə koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.

Digər xəbərlər

Miqreni tez bir zamanda aradan qaldırmağın üç sadə yolu

Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...

Hələbdən olan kitab satıcısı bir milyon nadir kitabın arxivini toplayıb

O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…

Elon Musk insanların əksəriyyətinin etmədiyi bir şeyi edir...

Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...