PDF Oxu

Cəmiyyət

  • 2 980

Təyyarə qəzasında həlak olanların identifikasiyası üzrə işlər aparılır

image

Aktauda təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır. SİA xəbər verir ki, bu barədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasında bildirilib.

İclasda qeyd edilib ki, xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

Bildirilib ki, qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış "Qaynar xətt" vasitəsilə müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərilib.

Digər xəbərlər

Miqreni tez bir zamanda aradan qaldırmağın üç sadə yolu

Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...

Hələbdən olan kitab satıcısı bir milyon nadir kitabın arxivini toplayıb

O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…

Elon Musk insanların əksəriyyətinin etmədiyi bir şeyi edir...

Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...