PDF Oxu

Cəmiyyət

  • 3 214

Təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb

image

Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qara qutusu qəza yerində tapılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Qazaxıstanın nəqliyyat prokurorluğunun mətbuat xidməti bildirib.

Bakıdan Qroznıya uçan "Embraer 190" sərnişin təyyarəsi çərşənbə günü səhər, dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.

Qəzadan sonra təyyarə yanmağa başlayıb.

...Faktla bağlı cinayət işi açılıb, bütün lazımi prosedurlar aparılır. Təyyarənin qara qutusu tapılıb və işə əlavə olunacaq.

Bunu idarədən bildiriblər.
Qazaxıstanda təyyarə qəzasında ölənlərin sayı açıqlanıb. Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev daha əvvəl bildirib ki, təyyarə qəzasında 38 nəfər ölüb. Onun sözlərinə görə, təyyarənin beş ekipaj üzvündən üçü sağ qalıb, ikisi isə ölüb.

Əli Babayev

Digər xəbərlər

Miqreni tez bir zamanda aradan qaldırmağın üç sadə yolu

Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...

Hələbdən olan kitab satıcısı bir milyon nadir kitabın arxivini toplayıb

O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…

Elon Musk insanların əksəriyyətinin etmədiyi bir şeyi edir...

Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...