PDF Oxu

Cəmiyyət

  • 870

Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların sayı məlum olub

image

Aktauda təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev məlumat verib.

"Təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü olub. Təəssüf ki, 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb", - deyə Marat Karabayev Aktauda keçirilən brifinqdə bildirib.

Göyərtədəki 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan olan 3 sərnişinin hamısı sağ qalıb. 16 Rusiya vətəndaşından 7-si həlak olub, 9-u sağ qalıb. Təyyarədəki 6 Qazaxıstan vətəndaşının hamısı həlak olub.

Təyyarə ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər həlak olub, 3 nəfər sağ qalıb.

Digər xəbərlər