PDF Oxu

Cəmiyyət

  • 1 168

Təyyarə qəzasında həlak olanların xatirəsi Əlcəzairdə anılıb

image

Azərbaycanın Əlcəzairdəki səfirliyi tərəfindən Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması səbəbindən dekabrın 26-da Azərbaycanda matəm günü elan olunması ilə bağlı səfirlikdə Dövlət Bayrağımız yarıya qədər endirilib, başsağlığı kitabı açılıb.

SİA-nın məlumatına görə, səfirlikdən bildirilib ki, dekabrın 26-da Əlcəzair Xalq Demokratik Respublikasının Dövlət Naziri, Xarici İşlər Naziri, Xaricdə Milli İcma və Afrika İşləri Nazirinin Dövlət Katibi Salma Baxta Mansuri səfirliyi ziyarət ediblər.

Xarici İşlər Nazirinin Dövlət Katibi Salma Mansuri baş vermiş faciə ilə əlaqədar Əlcəzair Hökuməti adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Eyni zamanda, Əlcəzair Xalq Demokratik Respublikası Parlamentinin Əlcəzair-Azərbaycan Dostluq qrupunun sədri Aribi Abdulbaset səfirliyi ziyarət edib, Əlcəzair Milli Məclisinin sədri İbrahim Boğalinin adından, o cümlədən Əlcəzair xalqı adından çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

Digər xəbərlər