PDF Oxu

Cəmiyyət

  • 1 058

Dövlət Neft Fondunun kollektivi Ulu Öndərin xatirəsini yad edib

image

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və milli neft strategiyasının özülünü təşkil edən iqtisadi sütunlardan biri kimi və Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu gün təsis edilməsinin 25-ci ildönümü tamam olur.

SİA-nın məlumatına görə, Fonddan bildirilib ki, bu strateji təşəbbüs, ölkəmizin iqtisadi dayanıqlılığının təmin edilməsi və sosial-iqtisadi inkişafına xidmət etməklə yanaşı, milli sərvətlərimizin davamlı idarəçiliyinə də zəmin yaradıb. Bu əlamətdar gündə Dövlət Neft Fondunun rəhbərliyi başda olmaqla bütün kollektivi Fəxri xiyabana gələrək müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əkil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyev və istedadlı həkim Tamerlan Əliyevin də məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri düzülüb.

Bu gün Dövlət Neft Fondu Heydər Əliyevin bizə miras qoyduğu milli irsə və strateji ideyalara daim sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji kursu ardıcıl davam etdirərək neft sərvətlərimizin xalqımızın rifahına yönəldilməsi missiyasını uğurla həyata keçirir.

Digər xəbərlər