PDF Oxu

Cəmiyyət

  • 1 188

"Türkmənistan" aviaşirkəti Moskvadan Aşqabada reys təşkil edir

image

"Türkmənistan" aviaşirkəti dekabrın 30-31-də Moskva-Aşqabad reysinə biletləri olan sərnişinlərin Moskva-İstanbul-Aşqabad alternativ marşrutu ilə daşınmasını təşkil edəcək. SİA xəbər verir ki, Moskva-İstanbul marşrutuna kənar daşıyıcı cəlb ediləcək.

Bildirilib ki, "Türkmənistan" aviaşirkəti 30.12.2024 - 31.01.2025 tarixləri arasında Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reysləri dayandırıb. Reyslərin ləğvinin səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, geniş regionun bir neçə aviaşirkəti və ölkəsi - Azərbaycan, Qazaxıstan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Rusiyanın bir çox şəhərlərinə uçuşları dayandırıb.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları"na məxsus Bakı – Qroznı aviareysini həyata keçirən "Embraer 190" təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Digər xəbərlər