Azərbaycan Basketbol Liqasının X turunda bu gün daha üç oyun keçiriləcək. SİA xəbər verir ki, günün ilk qarşılaşması "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" və NTD komandaları arasında baş tutacaq.
A qrupunun oyunu saat 12:30-da başlayacaq. "Sərhədçi" qrupda 13 xalla 4-cü pillədə qərarlaşıb. NTD isə 10 xalla sonuncu - 6-cıdır.
Digər iki qarşılaşma isə B qrupunda olacaq. "Lənkəran" evdə "Şəki"ni qəbul edəcək. Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüşün start fiti saat 14:00-da səsləndiriləcək. "Sərhədçi" İdman Mərkəzində daha bir görüş "Ordu" və "Quba" komandaları arasında keçiriləcək. Matç 16:30-da başlayacaq.
B qrupuna 15 xalla "Ordu" liderlik edir. "Şəki" 14 xalla üçüncü pillədə qərarlaşıb. "Quba" dördünücü, "Lənkəran" isə beşincidir. Hər iki komandanın 11 xalı var.
Qeyd edək ki, X turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Neftçi"yə 76:84 hesabı ilə məğlub olubsa, "Naxçıvan" "Sabah" üzərində qələbə qazanıb - 80:75.
Video fakt...
Yarım dəqiqədə həddindən artıq yeməyi necə dayandırmaq olar? Diyetoloq kompulsiv yeməklə mübarizə aparmaq üçün unikal psixoloji və fiziki sıfırlama texnikası təklif edib...
Mükəmməl görünür...
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...