Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib.
Alimlər spirtli içki qəbul etməzdən əvvəl onu yeməyi məsləhət görürlər...
...21-ci əsrin sonuna qədər dövlətlər arasında sərhədlər olmayacaq və insanlar başqalarının torpaqları uğrunda mübarizəni dayandıracaqlar?