Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onikimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub 2016-cı il təvəllüdlü uşağı xilas edərək valideynlərinə təhvil veriblər.
Alimlər bədəndəki ən təhlükəli maddəni müəyyən ediblər. Siz onu hər gün istehlak edirsiniz və nə qədər zərərli olduğunuzdan xəbərsizsiniz...
Albert Eynşteynin proqnozlaşdırdığı bir təsir əlavə rol oynadı...