Sabirabad rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə bu gün 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində baş verib. "Mercedes" markalı avtomobilin idarə etmədən çıxaraq su kanalına aşması nəticəsində xəsarət alan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunublar. Faktla bağlı araşdırma aparılır.
Əzələ toxuması bədən kütləsinin təxminən 40 faizini təşkil edir...
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...