Bu gün Azərbaycan Basketbol Liqasında X tura yekun vurulacaq. SİA xəbər verir ki, turun son oyunu "Gəncə" və "Sumqayıt" kollektivləri arasında keçiriləcək.
Gəncə İdman Sarayında baş tutacaq B qrupunun matçı saat 14:00-da başlayacaq.
Qərb təmsilçisi 14 xalla üçüncü, sumqayıtlılar isə 10 xalla sonuncu - altıncı sırada yer alıb.
Qeyd edək ki, X turun əvvəlki qarşılaşmalarında "Neftçi" "Abşeron"u 84:76, "Naxçıvan" "Sabah"ı 80:75, "Sərhədçi" NTD-ni 78:64, "Şəki" "Lənkəran"ı 111:82, "Ordu" isə "Quba"nı 81:74 hesabı ilə məğlub edib.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…