İmişli rayonunda 30 yaşlı kişinin qətli ilə nəticələnən cinayət hadisəsi törədilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İmişli rayonu Sarxanlı kəndi ərazisindəki kafedə qeydə alınıb. Aralarında yaranan mübahisə nəticəsində Fərid Allahverdiyev bıçaqla Vüsal Allahverdiyevə xəsarət yetirib. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…