PDF Oxu

Cəmiyyət

  • 631

Dünyanın maqnit qütbü yer dəyişib

ABŞ və Böyük Britaniyadan olan alimlər maqnit şimal qütbünün ən son mövqeyini müəyyən edən yeni model təqdim edib.

image

Dünyanın maqnit qütbü yer dəyişib. ABŞ və Böyük Britaniyadan olan alimlər maqnit şimal qütbünün ən son mövqeyini müəyyən edən yeni model təqdim edib. SİA xəbər verir ki, Yeni araşdırmaya görə, qütb mərkəzi son beş ildə Sibirə daha da yaxınlaşıb.

Maqnit qütbün daim yer dəyişdiyini bildirən alimlər böyük aviaşirkətlər və NATO-ya daxil olan orduların naviqasiya sistemlərində istifadə olunan proqram təminatını yeniləmələrinin vacibliyini vurğulayıb.

Alimlər maqnit qütbünün son illərdəki hərəkət sürətində "dramatik" dəyişikliklərin müşahidə edildiyini, lakin bu fenomenin əsas səbəbinin hələ də açıqlanmadığını bildiriblər. Qlobal mövqe müəyyən etmə sistemləri maqnit şimal qütbünü tapmaq üçün Dünya Maqnit Modelindən (WMM) istifadə edir.

Maqnit şimal qütbü ilk dəfə 1831-ci ildə İngilis səyyahı Sör Ceyms Klark Ross tərəfindən kəşf edilib. Maqnit şimal qütbü o vaxtdan bəri hər il şərqə doğru irəliləyərək Sibirə daha da yaxınlaşır.