Saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub. ETSN-in Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.
Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…