Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda daha bir medal qazanıb. SİA-nın məlumatına görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada (start-2) gümüş mükafat əldə edib. V.Kalmıkov 236.0 xalla ikinci olub. Xatırladaq ki, Vladislav Kalmıkov daha əvvəl bürünc mükafat da qazanıb. Leyli Əliyeva isə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq bürünc medala sahib çıxıb.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…