Zaqatala-Muxax-Yuxarı Çardaqlar kənd yolunda qəza baş verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Muxax kəndi sakini 22 yaşlı Vüqar Musayev sərt döngədə "VAZ 2106" markalı minik avtomobilinin idarəetməsini itirərək, qəza törədib.
Nəticədə, özü ilə yanaşı həmkəndliləri - 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər üç yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…