PDF Oxu

Cəmiyyət

  • 1 012

Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi olub - FOTO

image

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Xarici dil mərkəzinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təşkilatçılığı ilə keçirilən intensiv ingilis dili kursları yekunlaşıb. SİA xəbər verir ki, kursların yekunlaşması münasibətilə Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini, Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov, Birləşmiş Krallığın ölkəmizdəki səfiri Fergus Auld və Britaniya Şurasının "Britaniya Konsul" təşkilatının Azərbaycan Respublikasındakı filialının direktoru Nərgiz Hacıyeva kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.

Kurs birinciləri yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də ingilis dilinin öyrədilməsində əməyi keçən professor və müəllim heyətinə dinləyicilər adından dərin minnətdarlıqlarını bildiriblər.

Sonda məzunlara sertifikatlar təqdim olunub.

Digər xəbərlər