"Şahdağ" Turizm Mərkəzi və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku start götürüb. SİA xəbər verir ki, yarışdan öncə rəsmi açılış mərasimi keçirilib. Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.
Yarışda müxtəlif yaş kateqoriyasında olan 49 uşaq birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 2-də böyüklər arasında davam edəcək
Alimlər spirtli içki qəbul etməzdən əvvəl onu yeməyi məsləhət görürlər...
...21-ci əsrin sonuna qədər dövlətlər arasında sərhədlər olmayacaq və insanlar başqalarının torpaqları uğrunda mübarizəni dayandıracaqlar?