Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində Azərbaycan Gəncləri Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, qurum rəsmilərinin və əməkdaşlarının, Gənclər evləri və QHT nümayəndələrinin, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.