“Gənclər Azərbaycanın gələcəyidir. Bu fikirləri Ulu Öndər Heydər Əliyev hər zaman belə adlandırıb və gənclər siyasətini özünün diqqətində saxlayaraq müxtəlif sənədlər imzalayıb. Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlişindən sonra da çətin və ağır günlərdə gənclərin yanında oldu. Prezidentin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, 2 fevral Gənclər Günü elan edildi. Qısa müddət ərzində gənclərin təhsili, hərtərəfli inkişafı ilə bağlı çox saylı fərman və sərəncamlar imzalanıb, Dövlət Proqramları həyata keçirilib. 2007-ci il “Gənclər ili” elan edilib, 2011-ci il 19 dekabr tarixində Prezident yanında Gənclər Fondu yaradılıb. Bir sözlə, gənclər dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilib”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır: “Gənclərimiz azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayır, yüksək intellektual səviyyədə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik formalaşır. Azərbaycan gənci fəxr edir ki, bu ölkənin vətəndaşıdır, Vətəninə bağlıdır, dövlət maraqlarını hər şeydən üstün tutur. Bu gün Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Vətənpərvər, qəhrəman gəncliyimizlə fəxr edirik!”.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…