Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau yaxınlığında AZALA-a məxsus təyyarənin qəzaya uğramasının ilkin hesabatını dərc edib. SİA xəbər verir ki, hesabatda istintaq komissiyasının hava gəmisinin konstruksiyasının zədələnməsinin ətraflı yoxlanılmasını davam etdirdiyi bildirilir.
"Qorunub saxlanılan fraqmentlərin ilkin müayinəsi nəticəsində təyyarənin quyruq hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkalanıb. Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində də aşkar edilib. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir", - hesabatda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…