Qəbələ rayonunun Hacıalılı və Zalam kəndlərində uzun müddət yararsız vəziyyətdə olan həkim məntəqələri əsaslı təmirdən sonra istifadəyə verilib. SİA-nın məlumatına görə, Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, istifadəyə verilən həkim məntəqələrində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının və məntəqələrin tibb heyəti tərəfindən sakinlərin müayinəsi aparılıb.
Pediatr, terapevt, nevroloq, həmçinin EKQ və ultrasəs müayinələrindən keçirilən sakinlər regionlarda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…