Kiyevdə işdən çıxarılan bədii rəhbərin müdafiəsi üçün keçirilən aksiya striptiz və polislə toqquşma ilə başa çatıb.
Kiyevdə "Gənc teatr"ın bədii rəhbəri, eyni zamanda Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin müəllimi Andrey Bilousun işdən çıxarılmasına qarşı keçirilən mitinq zamanı iştirakçılardan biri bütün paltarlarını çıxarıb. SİA-nın məlumatına görə, Ukraynalı qadınla çəkilmiş videonu Politika Strany Telegram kanalı yayıb.
Aksiya Kiyev administrasiyasının binası qarşısında keçirilib. Bir anda qızlardan biri lüt soyunaraq polisdən qaçmağa çalışıb və bu, nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmaya səbəb olub.
Onun ardınca aksiyanın digər iştirakçıları da belə qədər soyunublar.
Etirazın səbəbi Bilousun aktrisa və tələbələri sıxışdırmaq ittihamı ilə fəaliyyətini dayandırması olub.
Video çəkilişlərə görə, nümayişçi saxlanılmaqdan yayınmağa çalışıb və daha sonra digər gənclər də onlara qoşularaq "Ayıb olsun" və "Polis qanuna zidd" şüarları səsləndiriblər.
Nazlı Almuradova
Kiyevdə işdən çıxarılan bədii rəhbərin müdafiəsi üçün keçirilən aksiya striptiz və polislə toqquşma ilə başa çatıb.