Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzində vətəndaşlar üçün "Açıq qapı" günü keçiriləcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, "Açıq qapı" günü fevralın 19-da təşkil ediləcək.
Tədbirin məqsədi mərkəzdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə və onların valideynlərinə göstərilən sosial xidmətlər barədə məlumatlığı artırmaq, vətəndaşlar üçün bu xidmətlərlə yerində tanış olmaq imkanı yaratmaqdan ibarətdir.
"Açıq qapı" günündə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Bakı filialına yaxınlaşa bilərlər.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var