Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…